Yaponiyada 5,5 bal gücündə zəlzələ

09:49 02.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın şərq sahillərində 5,5 bal gücündə zəlzələ olub.

Hafta.az-ın məlumatına görə, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Bildirilir ki, seysmik hadisənin 31 min nəfər əhalisi olan Hokkaydo adasının şimal-şərqindəki Nemuro şəhərindən 108 km aralıda, 10 km dərinlikdə qeydə alınıb.

Dağıntılarla bağlı məlumat verilməyib.